Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident Cənab İlham Əliyevin dünyada artan siyasi nüfuzu və Güclü Ordumuzla qürur duyuruq!

0






  •         Tovuz  rayonu  istiqamətində  erməni  terorçularının  12 iyul 2020-ci  il  tarixdə  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinə  qarşı  təxribata cəhd  göstərmələrinin  qarşısı Ordumuz  tərəfindən  layiqincə  alınaraq,  düşmən tərəf  ağır  zərbə  alaraq geri oturduruldu. Dəfələrlə  bu  kimi  təxribatlara cəhd edən düşmən tərəfi  güclü  və   qürurverici  ordumuzun  sayəsində acı  məğlubiyyət  yaşamış, çoxlu sayda əsgər itkisi ilə  düşmən  etdiyi  hücumundan geri  çəkilməyə  məcbur edilmişdir. Şanlı  ordumuzun cəsur oğulları erməni  terorçularına  layiq olduğu cavabı verməklə hər birimizi qürurlandırdı.
            Ermənistanın  bu  əməli  ilə artıq sülhə əməl etməməsi Azərbaycan Respublikasının  ərazi  bütövlüyünə qarşı  təxribatı  ilə müharibənin  başlanmasına  cəhd  göstərməsi  və illərlə aparılan  danışıqlardan  yayınaraq  təcavüzkar  niyyətindən əl çəkməməsi açıq-aydın görünür.
            Ali  Baş  Komandan  Prezident  Cənab İlham Əliyevində  bu yaxınlarda  bəyan  etdiyi  kimi  “Ermənistan  Aprel  hadisələrini  unutmamalıdır”.
            Çünki 2016-cı  ilin Aprelində baş vermiş döyüşdə ermənilərin  çoxlu  sayda  əsgəri  Ordumuz  tərəfindən  məhv edilmiş düşmənin  hərbi texnikası ələ keçirilərək geniş bir ərazi “Lələ təpə” hərbi   strateji yüksəkliyində əsgərlərmiz  üç rəngli bayrağımızı  sancaraq, düşmənə  bir daha göz  dağı, dəhşət  yaşatmışdır.
             Əlbəttə  ki, erməni höküməti hazırda yaşadığı  ağır böhranı cəbhə bölgəsində təxribat  törətməklə ört-bastır etmək niyyətinə düşmüşdür.
            Ölkə başçısı Cənab İlham Əliyevin   son  günlər  dünyada  artan  nüfuzu dövlətimizin siyasi  uğuru erməni höküməti tərəfindən qısqançlıqla  qarşılanır.
            Prezident Cənab İlham Əliyevin BMT-nin  Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının təşəbbüsünün dəstəklənməsi və bir neçə gün öncə Prezident  İlham Əliyevin BMT-nin  Baş  Katibi Antonio Quterreşlə danışığı zamanı bir daha həmrəyliyin və bəşəri insanlığın  xoşniyyət  obrazını  dünyaya  təqdim  etdi.
            Azərbaycan  Dövlətinin  dünyaya  sülhsevər siyasət yürüdərək, hər  bir  humanist   insani  dəyərlərə  hörmətlə yanaşması, dünyanın  siyasi  gündəmində  yeni  siyasi  mənzərə yaratmışdır. Lakin erməni  höküməti öz  təxribatçı əməlləri  ilə düşmən  mövqeyi aşıladığı  azmış  kimi, daha da  azğınlaşaraq   terorçuluq  niyyətindən  əl çəkmədən bu günədək müstəqil Azərbaycan  dövlətinin  qədim 20 faiz torpaqlarını   bu  günədək  işğal  altında saxlamaqda  davam  edir. Bu azmış kimi dünyaya  qondarmaQ arabağ vilayəti xülyasını  təbliğ  etməyə cəhd  göstərir, təxribatçı  hərəkət  və  düşüncələrindən  əl çəkmir.
             Ötən  gün   Tovuz  rayonu  istiqamətində  erməni  ordusunun  Azərbaycan  torpağına  hücumunu  məndə  vətəndaş  olaraq  pisləyirəm  və  bunu  düşmən  tərəfin  qəsbkar   olduğuna  meyl  etməsi, sülhdən  yayınaraq   Azərbaycana  qarşı düşmənçilik fikirindən  əl çəkməmək  niyyəti kimi  başa  düşürəm.
            Bu  təxribat  zamanı Ordumuzun  bir neçə əsgərlərinin qəhrəmancasına  həlak  olaraq  şəhid  olması  hamı  kimi  məni də  kədərləndirdi.
            Allahdan  Şəhid  oğullarmıza  rəhmət  diləyirəm!
            Düşmən  bunu da  unutmamalıdır  ki, onun heç  bir təxribatçı  hərəkəti  cavabsız  qalmır, şəhidlərmizin  qisası  güclü  və  qürurverici Ordumuz tərəfindən  alınır. Tovuz  istiqamətində  gedən  döyüşdə  düşmən  tərəfi  ağır  zərbələr  alaraq  çoxlu  sayda  əsgər  həlak  olaraq  döyüş  müvqeləri   məhv  edilmişdi.
            Ermənilərin 12 İyul  2020-ci ildə Tovuz  rayonu  istiqamətində  təxribat  törətməsi   Azərbaycan  dövlətinin  dünyada  artan  nüfuzuna,  Prezident  Cənab  İlham   Əliyevin  rəhbərliyi  altında   dövlətimizin  daha da  güclənməsinə  qarşı  ehtiyatlanması, bütün bunlara   qısqanclıqla   yanaşmasına  növbəti  bir  sübutudur.
            Məhz  Ali  Baş  Komandan  Prezident Cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə Dövlət  Təhlükəsizlik   Şurasının video-konfrans   çərçivəsində   iclasının  keçirilməsi   zamanı  Ölkə  Başçısı  Prezident İlham Əliyevin  çıxışı  bir  daha  vətəndaş  olaraq  məndə  qürur   doğurdu. Həmin  iclasda Prezident Cənab İlham  Əliyev qeyd  etdi  ki  “Azərbaycan  Ermənistanın bütün  cavablarına  adekvat  cavab  verir ”.
            Qeyd edim ki, düşmənin hər bir təxribatı  onun  acı  sonluqla  zərər  çəkməsi  ilə  nəticələnir, bu  bir  reallıqdır!
            Mən inanıram ki, xalqımız Ali Baş Komandan  Prezident Cənab  İlham  Əliyevin əmrini səbrsizliklə gözləyir və ordumuzun  gücünə inanır. Bu  yolda  hər  bir vətəndaşımız  Şəhid  olmaq  arzusu  ilə  yaşayır.
           Arzum odur ki, tezliklə üçrəngli bayrağımız Qarabağda dalğalansın!
    Tanrı  xalqımızı,  Azərbaycan  Ordusunu  qorusun!.



       Aydın  Əliyev,

    Xocalı  rayonu Qaragav kənd

    tam orta məktəbin direktoru





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib41 dəfə
    Prezident Cənab İlham Əliyevin dünyada artan siyasi nüfuzu Güclü Ordumuzla qürur duyuruq!

    Maraqlı gələ bilər
    114